İş Elanı: Satış və Marketinq üzrə Mütəxəssis
Komandamıza məhsullarımızın tanıdılması, satışının təşkili və marketinq fəaliyyətlərinə töhfə verəcək məsuliyyətli və təşəbbüskar əməkdaş axtarılır. Gənc və iş təcrübəsi olmayanlar, karyerasına satış və marketinq istiqamətində inkişaf etdirmək istəyən aşağıdakı tələblərə cavab verən şəxslər müraciət edə bilər.
Vəzifə öhdəlikləri:
Şirkət məhsullarının müştərilərə aktiv şəkildə təqdim edilməsi və tanıdılmasI
Satış prosesinin təşkili və icrası
Mövcud və potensial müştərilərlə əlaqələrin qurulması və inkişafı
Satış həcminin artırılması üçün təkliflərin hazırlanması
Kampaniyalar, aksiyalar və tanıtım fəaliyyətlərində aktiv rol almaq
Görülən işlər üzrə hesabatların hazırlanması
Tələblər:
Yaş həddi 20-25 yaş arası - TƏCRÜBƏ TƏLƏB EDİLMİR.
Güclü ünsiyyət və təqdimat bacarıqları
Komanda ilə işləmək bacarığI
Məsuliyyətli və nəticə yönümlü olmaq
Biz təklif edirik:
Rəqabətə davamlı əməkhaqqı + bonus sistemi
Rahat və dəstəkləyici iş mühiti
Maraqlanan namizədlər CV-lərini [email protected] ünvanına göndərə bilərlər.