“Satışa Dəstək üzrə Kiçik Mütəxəssis” vakansiyası

 

Azersun Holding-ə daxil olan AL Market MMC satış proseslərinin effektivliyini artırmaq məqsədilə komandamıza Satışa Dəstək üzrə Kiçik Mütəxəssis axtarır. Analitik düşüncəyə malik, satış məlumatları ilə işləməkdə maraqlı və pərakəndə sahədə inkişaf etmək istəyən namizədləri müraciət etməyə dəvət edirik.

Əsas vəzifələr:

- Satış və mağaza komandalarına gündəlik əməliyyat dəstəyinin göstərilməsi

- Satış hədəflərinin izlənməsi, hesabatların hazırlanması və məlumatların düzgünlüyünün təmin edilməsi

- Satış prosesində yaranan məsələlərin operativ həllinə dəstək və şöbələrarası koordinasiya

- Satış performansının artırılmasına yönəlmiş təkliflərin verilməsi

Tələblər:

- Ali təhsil

- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi

- MS Excel və ofis proqramlarında yaxşı işləmə bacarığı

- Hesabatlama və məlumatlarla işləmə təcrübəsi

Təklif etdiyimiz imkanlar:

- Nahar və nəqliyyat təminatı

- Peşəkar və strukturlaşdırılmış iş mühiti

Maraqlanan namizədlər CV-lərini “Satışa dəstək üzrə kiçik mütəxəssis – AL Market” başlığı ilə [email protected] ünvanına göndərə və ya paylaşımı uyğun namizədlərlə bölüşə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.