Savadly onlayn təhsil platforması təcrübə proqramı elan edir!

Proqrama əsasən müraciət edən namizədlər PR, Marketinq sahəsində təcrübə keçəcəklər:

İştirakçılar üçün tələblər:

- Marketinq / Menecment sahələri üzrə təhsilin olması üstünlükdür

- Multitasking bacarığı

- Araşdırma aparacaq qədər ingilis və rus dilinin olması üstünlükdür

- Sosial şəbəkələrin aktiv istifadəçisi olmaq

- Proaktivlik

- Kreativlik

- MS Office

- Komandada işləmək, təqdimat bacarığı

Layihə sizə nə qazandıracaq:

- Startup təcrübəsi

- Təcrübəçilər üçün xüsusi təlimlər

- Networking

- Qeyd olunan sahələr üzrə bacarıqlarınızı artırmaq imkanı

- Amazonda layihə rəhbəri olan təlimçimiz, eyni zamanda Savadly partnyoru olan Günel xanımdan tövsiyə məktubu

Təcrübə proqramı 3 ay müddətində davam edəcək. Təcrübəçilər həftənin müəyyən günləri ofisdən, müəyyən günlər isə onlayn çalışacaqlar. Ödənişsiz davam edəcək proqramın sonunda iştirak performansına uyğun olaraq fəal namizəd işlə təmin olunacaq.

Maraqlanan şəxslər CV-lərini [email protected] ünvanına "Təcrübə Proqramı" başlığı ilə göndərə bilər.

Son müraciət tarixi: 29.10.2021

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.