Saxlanma xərcləri üzrə baş mütəxəssis/böyük mütəxəssis vakansiyaları üzrə namizəd axtarışı aparılır.
Vakansiya barədə məlumatla aşağıda tanış ola bilərsiniz:
Departament/Şöbə: Mərkəzi Mühasibatlıq və Təyinat filialı, Saxlanma xərclərinin ödənişi şöbəsi
Vəzifə öhdəlikləri:
- Bütün əməkdaşların əməkhaqqı, məzuniyyət, mükafat və ezamiyyə ödənişlərinin hesablanması
- Vergilərin, YAP, HİK ödənişlərinin tutulması və ödəniş üçün bölüşdürülməsi;
- Saxlanma xərclərinin, tutulmaların icrası ilə bağlı göndərilən məktubların ödənişlərinin hesablanması;
- Yanacaq normalarına nəzarət və yanacaq xərclərinin ödənişinin icrasının təmin edilməsi;
- Əməkdaşlar üçün arayışların tərtib olunması;
- 1C programında aylıq, rüblük və illik balansın yığılması.
VƏZİFƏNİN TUTULMASINA DAİR TƏLƏBLƏR:
- Təhsil tələbi: Ali (İqtisadiyyat və ya idarəetmə ixtisaslar qrupu üzrə);
- İş stajı: Müvafiq sahədə ən azı 2-3 il iş təcrübəsi;
- Kompüter bilikləri: “Microsoft Office” proqramları və 1C (8.3) proqramında yüksək səviyyədə işləmə bacarığı
Göstərilən tələblərə cavab verən namizədlərin CV-lərini mövzu hissəsinə “Saxlanma xərclərinin ödənişi şöbəsi” qeyd etməklə [email protected] ünvanına göndərmələri xahiş olunur.
Müraciət üçün son tarix: 10.12.2025