Azərbaycan Kinematoqrafçılar İttifaqının elan etdiyi "Sən, ey uşaqlıq" adlı tammetrajlı bədii film ssenari müsabiqəsinə qəbul davam edir. 

 

Şərtləri xatırladırıq: 

– ssenarinin baş qəhrəmanı 15 yaşa qədər uşaq olmalıdır.

– ssenarilərin janr məhdudiyyəti yoxdur.

– ssenaridəki hadisələr müasir zamanda baş verməlidir (2000-2025-ci illər kəsiyində)

– müsabiqəyə göndərilən ssenarilər minimum 55 səhifə olmalıdır.

– ssenarinin titul vərəqində ssenarinin adı, müəllifin adı və soyadı, sağ aşağı küncdə elektron ünvanı, əlaqə üçün telefon nömrəsi qeyd olunmalıdır.

– ssenarilər ancaq tammetrajlı bədii film formatında olmalıdır (animasiya, sənədli film, qısametrajlı film ssenariləri qəbul olunmur).

– qəbul müddəti keçdikdən sonra ssenarilər qəbul olunmur.

– müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, orijinal və ekranlaşdırılmamış olmalıdır.

– əvvəlki müsabiqələrdə qalib olan tammetrajlı ssenarilər müsabiqəyə qəbul olunmur.

– müsabiqədə iştirak üçün aşağıdakı sənədlər elektron formada [email protected] poçt ünvanına “Sən, ey uşaqlıq” başlığı ilə, çap olunmuş nüsxələrini (2 nüsxə) Azərbaycan Kinematoqrafçılar İttifaqının ofisinə (Bülbül prospekti 30) təqdim edilməlidir :

 tammetrajlı bədii filmin ssenarisi, (ssenari formatında, şrift: Courier New, ölçü: 12)

sinopsis (maksimum 1 vərəq yarım)

müəllif haqqında məlumat (filmoqrafiya (əgər varsa), təvəllüd, iş yeri, təhsil haqda məlumat)

 

-Bir müəllif maksimum iki ədəbi ssenari təqdim edə bilər.

Ssenarilər 1 oktyabr 2025-ci il tarixindən – 1 aprel 2026-ci ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqına həm elektron, həm də çap formasında təqdim edilməlidir.

 

Finalçılar 15 iyul, qaliblər isə 2 avqust 2026-ci il tarixində elan olunacaq.

 

Qaliblər (I, II, III yerlər, pul mükafatı 5000 AZN, 3500 AZN, 2500 AZN) diplom və pul mükafatı ilə təltif ediləcəklər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.