Sənaye 4.0: Hakaton 2025 | qeydiyyat başladı!

 

19–20 dekabr 2025-ci il tarixlərində İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən iki mərhələli “Sənaye 4.0: Hakaton 2025” yarışması keçiriləcəkdir.

 

Məqsəd: sənaye sektorunda aktual problemlərə innovativ yanaşmalar təqdim etmək, Sənaye 4.0 istiqamətində yeni texnoloji həllərin hazırlanmasını təşviq etmək və gəncləri real praktiki layihələr üzərində işləməyə həvəsləndirmək.

 

Tədbir 2 mərhələdən ibarət olacaq:

1️. İdeyaton: Dövlət və özəl sektor nümayəndələri, “Sənaye 4.0 Hazırlıq” Proqramına qoşulmuş müəssisələr və seçilmiş iştirakçılar sənayedə mövcud problemləri müzakirə edərək hakatonun əsas mövzusunu müəyyənləşdirəcəklər.

 

2️. Hakaton: Komandalar müəyyən edilmiş mövzu üzrə proqram təminatı, süni intellekt, data analitikası və rəqəmsal platformalar sahələrində intensiv şəkildə işləyərək mentorların dəstəyi ilə işlək demo hazırlayacaqlar.

 

 İştirakçılar 3-5 nəfərlik komandalar şəklində müraciət edə bilərlər.


İlkin seçim süni intellekt əsaslı sistem vasitəsilə təqdim edilən məlumatlara əsasən aparılacaq.

 

 Mükafat fondu:

1-ci yer – 3,000 AZN 

2-ci yer – 2,000 AZN

3-cü yer – 1,000 AZN

 Qeydiyyat üçün: https://hackathon-industry4.az

 Son müraciət tarixi: 16 dekabr 2025-ci il

 Məkan: Bakı Kristal Zalı

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.