Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yataqxanasına xanım növbətçi axtarılır.
Öhdəliklər:
Yataqxanaya daxil olan tələbələrin qeydiyyatını aparmaq;
Kənar şəxslərin icazəsiz girişinə nəzarət etmək;
Gecə saatlarında giriş-çıxış qaydalarına əməl olunmasını təmin etmək;
Gecikmə hallarında müvafiq qeydiyyat aparmaq və komendanta məlumat vermək;
Növbə ərzində mərtəbələri müntəzəm gəzməklə vəziyyəti yoxlamaq;
Şübhəli hal və ya təhlükə zamanı dərhal komendanta və ya rəhbərliyə məlumat vermək;
Elektrik cihazlarının düzgün və təhlükəsiz istifadəsinə nəzarət etmək;
Qayda pozuntuları, mübahisə və ya səs-küy yarandığı halda tələbələrə xəbərdarlıq etmək;
Təkrar qayda pozuntusu zamanı komendanta məlumat vermək;
Ümumi sanitar vəziyyətə nəzarət etmək;
Baş verən hadisələri növbə dəftərində qeydə almaq;
Növbəni təhvil-təslim sənədi ilə növbəti əməkdaşa təhvil vermək;
Komendant və rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək;
Zərurət olduqda tələbəyə ilkin yardım göstərmək və ya təcili yardım çağırmaq;
Fövqəladə hallarda operativ reaksiya vermək.
Əgər siz məsuliyyətli, çevik qərar verən və nizam-intizama önəm verən birisinizsə, komandamıza qoşulmaq üçün bu fürsət sizin üçündür!
Müraciət etmək üçün [email protected] elektron ünvanına CV-nizi göndərin.