AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində Sənədlərə nəzarət üzrə mütəxəssis vakansiyası üzrə namizəd axtarılır.

 

Əsas vəzifə öhdəlikləri:

1. Şirkətin prosedur və siyasəti ilə yaxından tanış olmaq və onlara əməl etmək

2. ⁠Şirkətin keyfiyyət siyasətinin, sənədlərin, proseslərin ISO 9001:2015 sisteminə uyğun olmasını təmin etmək

3. Şirkətin sənədlərinin prosedura uyğun olmasına nəzarət etmək

4. ⁠Şirkətin rəhbər heyəti tərəfindən verilən dəyişiklik təkliflərinin nəzərdən keçirilməsi, müzakirə edilməsi və qərarın qəbul edilməsi

5. Şirkətdə baş verən proseslərin keyfiyyət standartların uyğunluğunun yoxlanması

6. ⁠Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqların icrası 

 

Namizədə tələblər:

·        Ali təhsil

·        Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi

·        İngilis dili bilikləri orta səviyyədə, rus dili bilikləri arzuolunandır.

·        MS Office proqramlarında, xüsusilə Exceldə sərbəst istifadə bacarığı

·       Xırdalan, Masazır və yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük verilir

·        Sənəd dövriyyəsi sistemlərində işləmək bacarığı (SharePoint və s.)

·        Typing (dəqiqədə 35 söz minimum)

·        Məsuliyyətli, punktual və diqqətcil olmaq

·        İş yükünə adaptasiya olunmaq və stresə davamlılıq

 

Əmək şəraiti:

İş yeri: Xırdalan

İş rejimi: 6 günlük

Əmək haqqı: Bilik və təcrübəyə əsasən təyin olunacaqdır.

 

Müraciət üçün:

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində vakansiya adını qeyd edərək [email protected] mail ünvanına göndərmələri xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.