Sənədlərə nəzarət üzrə mütəxəssis vakansiyası
Vəzifə öhdəlikləri
Layihə və daxili proseslər üzrə bütün sənədlərin yaradılması, qeydiyyatı, təsnifatı və arxivləşdirilməsini təmin etmək
Sənədlərin aktuallığını, düzgünlüyünü və təsdiq statusunu izləmək
Daxili prosedur və standartlara uyğun olaraq sənəd dövriyyəsinə nəzarət etmək
Elektron və kağız daşıyıcılarda sənədlərin sistemli saxlanmasını təmin etmək
Müxtəlif şöbələrlə koordinasiyada sənədlərin vaxtında ötürülməsini təmin etmək
Audit və yoxlamalar zamanı tələb olunan sənədlərin operativ şəkildə təqdim olunması
Məxfi məlumatların qorunmasını təmin etmək
Davranış bacarıqları
Vaxtın düzgün idarə olunması və çoxsaylı tapşırıqlarla işləmək bacarığıhlil etmək və problem həll etmək bacarığı;
Ünsiyyət bacarığı;
Tapşırıqların icrasında çevik yanaşma bacarığı;
Analitik və problem həll etmə bacarığı;
Əməkdaşlıq və Komanda işi;
Vaxtın düzgün idarə edilməsi;
Xüsusi tələblər
Ali təhsil (İdarəetmə, Biznes, Hüquq və ya əlaqəli sahələr üzrə arzuolunandır)
Document Controller və ya oxşar vəzifədə minimum 1 il iş təcrübəsi
Sənəd dövriyyəsi və arxivləşdirmə prosesləri haqqında bilik
MS Office proqramlarında (xüsusilə Word, Excel) sərbəst işləmə bacarığı
Detallara diqqət, məsuliyyət və sistemli yanaşma
Azərbaycan dili – səlis, Rus və/ya İngilis dili biliyi üstünlükdür
Əmək haqqı: Müsahibə zamanı təyin olunacaq
Müraciət üçün: [email protected]