"Sənədləşmə üzrə kiçik mütəxəssis" vakansiyası
Vəzifə öhdəlikləri:
• Şirkətə daxil olan sənədlərin qeydiyyatını aparmaq;
• Xaric olan məktubları müvafiq qaydada işləyib, qeydiyyata almaq, göndərilməsini təşkil etmək;
• Rəhbərliyin tapşırığı ilə məktub, akt, protokol, əmr və s. sənədləri hazırlamaq;
• Sənədlərin rəqəmsal və fiziki nüsxələrinin düzgün şəkildə arxivləşdirilməsini təmin etmək;
• Müvafiq sənədləri aidiyyəti şöbələrə vaxtında çatdırmaq və icrasını izləmək;
Namizədə dair əsas tələblər:
• Ali təhsil;
• Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (əla);
• Müvafiq sahədə 1-2 il iş təcrübəsi;
• Məsuliyyətli və işində dəqiq.
Əlavə məlumat:
İş yerinin yerləşdiyi ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev
prospekti Baku Olimpik Residence 189A
İş rejimi: həftə içi 5 gün
Əmək haqqı: 500-600 AZN.
Tələblərə uğun namizədlər mövzu yerində “Sənədləşmə üzrə kiçik mütəxəssis“ qeyd edərək öz CV-lərini [email protected] e-mail ünvanına göndərə bilərlər.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.