Vakansiya: Sənədləşmə üzrə mütəxəssis (İnsan resurları üzrə)
Vəzifə öhdəlikləri:
• İşə qəbul, işdən azad etmə, vəzifə dəyişikliyi və digər kadr proseslərinin sənədləşdirilməsi
• Əmək müqavilələrinin hazırlanması, qeydiyyatı və ƏMAS sistemində işlənməsi
• Şəxsi işlərin formalaşdırılması və arxivləşdirilməsi
• Məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri və digər kadr sənədlərinin rəsmiləşdirilməsi
• Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq kadr uçotunun aparılması
• Dövlət qurumlarına müvafiq hesabatların hazırlanması və təqdim edilməsi
• Daxili əmrlərin, göstərişlərin hazırlanması
Namizədə tələblər:
• Azərbaycan Respublikasının Əmək Məcəlləsini əla səviyyədə bilməli
• İnsan resursları üzrə sənədləşmə sahəsində minimum 1–3 il iş təcrübəsi
• ƏMAS və MS Office proqramlarında sərbəst işləmək bacarığı
• Məsuliyyətli, diqqətli və operativ
• Məxfi məlumatlarla işləmə bacarığı
Biz təklif edirik:
• Stabil və inkişafyönümlü iş mühiti
• Karyera inkişafı imkanları
• Rəsmi əmək müqaviləsi
• Peşəkar kollektiv
Müraciət qaydası:
Uyğun namizədlər CV-lərini [email protected] mövzu hissəsində “Sənədləşmə üzrə mütəxəssis (İnsan resurları üzrə)” ” qeyd etməklə göndərə bilərlər.