Komandamıza sənədləşmə üzrə mütəxəssis tələb olunur.

 

Tələblər:

- Təhsil: Ali (bakalavr)

- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi

-AR-nın Əmək Məcəlləsini bilməli

- İşi planlaşdırma və təşkil etmə bacarığı

- İdarəetmə, komandada işləmək və kommunikasiya bacarığı

- Vaxt idarəetmə bacarığı

- Stressə davamlılıq bacarığı

- Dil bilikləri: Azərbaycan dili, Rus dili arzuolunandır.

- Kompüter bacarıqları: Word, Excel, 1C

 

Vəzifələr:

- Yerli qanunvericiliyi əsas tutaraq, sənədləşmənin həyata keçirilməsini təmin edir

- İşçi heyətinin illik məzuniyyət cədvəllərinin tərtib edilməsini həyata keçirir və istifadəsini təmin edir

- Elektron portalda (e-sosial, e-gov, emas, isb.az və s.) iş prosesini təmin edir

- İşçilərin şəxsi işlərinin formalaşdırılmasını (bütün sənədlərin tərtib və imzalanmasının təmin edilməsi) təmin edir

- Əmrlərin və digər əlaqəli sənədlərin (işə qəbul, xitam, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri,) tərtibatı və imzalanmasını təmin edir

- Ehtiyac olduqda protokol tərtibi, arayış, xasiyyətnamələrin və müvafiq sənədlərin (məktub, müraciət və s.) hazırlanmasını təmin edir

- Aylıq tabelin hazırlanmasını və mühasibatlığa təqdim edilməsini təmin edir.

- Əmək haqqı kartlarının sifariş edir

- Əmək kitabçalarının doldurulması və qeydiyyatların aparılması, işçilərin stajlarının hesablanması

- İR şöbə rəhbəri tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi

 

İş şəraiti:

- 5 günlük iş rejimi;

- AR əmək qanunvericiliyinə əsasən sənədləşmə;

- Əmək haqqı müsahibə nəticəsinə əsasən müəyyən olunacaq;

 

Maraqlananlar CV-lərini “Sənədləşmə üzrə mütəxəssis ” başlığı altında [email protected] elektron ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.