Senior Data Analitik vakansiyası
Əsas vəzifə və funksional öhdəliklər
• Ali təhsil (informatika, riyaziyyat, statistika, iqtisadiyyat və ya əlaqədar sahə üzrə)
• Müvafiq sahədə (data analitika, biznes analitika, hesabatlılıq və s.) ən azı 5 il iş təcrübəsi
• İri verilənlər bazası olan təşkilatlarda təcrübə arzuolunandır
• İnformasiya sistemlərində toplanan məlumatların təhlilini aparmaq, trendləri və göstəriciləri müəyyənləşdirmək
• SQL sorğuları vasitəsilə verilənlər bazalarından məlumatların çıxarılması və optimallaşdırılması
• Tableau, Power BI və ya digər BI platformalarında analitik hesabat və dashboardların hazırlanması
• Struktur bölmələrinin informasiya tələblərinə uyğun olaraq dövri və xüsusi hesabatlar hazırlamaq
• Əsas performans göstəricilərinin (KPI) monitorinqi və idarəetmə üçün vizual hesabatların təqdim edilməsi
• Məlumatların düzgünlüyü və tamlığını təmin etmək üçün data keyfiyyətinə nəzarət etmək
• Data əsaslı qərarvermə proseslərini dəstəkləmək, analitik nəticələr əsasında təkliflər irəli sürmək
• Məlumat təhlükəsizliyi və məxfilik prinsiplərinə riayət etmək
• Formalaşmış data mədəniyyətinin inkişafına təkan vermək
Tələb olunan bilik və bacarıqlar
• SQL üzrə güclü biliklər (Oracle, PostgreSQL və ya digər)
• Power BI, Tableau və ya digər vizuallaşdırma alətlərində təcrübə
• Data modelləşdirmə və analiz üzrə nəzəri və praktiki biliklər
• Big Data sistemləri üzərində analitik təhlillər aparmaq bacarığı (arzuolunandır)
• Statistika, göstərici analizi və trendlərin proqnozlaşdırılması bacarığı (arzuolunandır)
• Analitik düşüncə tərzi, yüksək məsuliyyət və detallara diqqət
• Müxtəlif struktur bölmələr və rəhbərliklə effektiv kommunikasiya bacarığı
• Təqdimat hazırlamaq bacarığı
Maraqlanan şəxslərin CV-lərini [email protected] ünvanına göndərmələri xahiş olunur.