SƏTƏM sahəsində real iş təcrübəsi qazanın! 

 

Əməyin Təhlükəsizliyi, Sağlamlıq və Ətraf Mühit sahəsində karyeranıza başlamaq istəyirsiniz?

O zaman TCS-in intensiv SƏTƏM Təcrübə Proqramına Qoşulun!

Bu proqram sadəcə öyrənmə imkanı deyil, eyni zamanda iş fürsəti qazandıracaq.

Proqramı yalnız uğurla tamamlayan və yüksək nəticə göstərən iştirakçılar birbaşa TCS-də daimi işlə təmin olunacaqlar! 

 

Axtardığımız Namizədlər:

        SƏTƏM sahəsində karyerasına başlamaq istəyən yeni məzunlar

        Əməyin təhlükəsizliyi sahəsinə keçid etmək istəyən peşəkarlar

        Beynəlxalq standartlara uyğun təlimlərin keçirilməsi sahəsində praktiki təcrübə qazanmaq istəyən mövcud mütəxəssislər

 

Qazanacaqlarınız:

        Müasir Güzdək Təlim Mərkəzində praktiki təcrübə

        Sinif və sahə məşğələləri zamanı təlimçilərə dəstək göstərərək birbaşa iş təcrübəsi

        Təlimlərin koordinasiyası, qiymətləndirilməsi və sertifikatlaşdırılması prosesləri üzrə praktiki bacarıqlar

        Ən uğurlu iştirakçılar üçün TCS-də daimi əmək müqaviləsi ilə iş imkanı

 

Namizədlər üçün Tələblər:

• SƏTƏM, mühəndislik və ya əlaqəli sahə üzrə təhsil

• İngilis dili biliyi (arzuolunandır)

• Öyrənməyə həvəsli, məsuliyyətli və komanda ilə işləmək bacarığı

 

Proqram Haqqında:

• Müddət: 2 ay

• Qəbul üzrə iştirakçı sayı: maksimum 5 nəfər 

• Məkan: Güzdək Təlim Mərkəzi

 

 Müraciət üçün:

TCS-də karyeranızı qurmaq üçün ilk addımı atın! CV-nizi mövzu hissəsində “SƏTƏM Təcrübəçi” qeyd etməklə [email protected] ünvanına göndərin.

 

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

 Son müraciət tarixi: 16.06.2026

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.