SƏTƏMM və KN şöbəsində Təcrübə proqramı və gələcək iş imkanı
Şirkət: IST şirkəti
İş yeri: Bakı şəhəri, Neftçilər prospekti 103 (Qız Qalasının yanı)
SƏTƏMM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) üzrə təlimləri bitirərək sertifikata sahib olanlar, universitet məzunu enerjili gənclər, “Həyat Fəaliyyətinin Təhlükəsizliyi” ixtisasının məzunları, eləcə də bu sahəyə marağı olan namizədlər təcrübə proqramına müraciət edə bilərlər.
Təcrübə müddətində əsas fəaliyyət istiqaməti administrativ sənədləşmə və SƏTƏMM admin vəzifəsinə uyğun işlərin icrası olacaqdır. Bu səbəbdən xanım namizədlərə üstünlük veriləcəkdir.
Təklif olunan imkanlar:
- Yol və yemək xərclərinin qarşılanması
- Yerli və beynəlxalq təlimlərdə iştirak imkanı
- Müxtəlif layihələrdə praktik iş mühitinin əldə edilməsi
- Gələcəkdə Əməyin mühafizəsi üzrə mütəxəssis və ya mühəndis kimi inkişaf və iş imkanları
İş rejimi:
Tam ştat, həftənin 5 iş günü (təcrübə proqramı).
Müraciət qaydası:
Maraqlanan namizədlərdən xahiş olunur CV-lərini [email protected]
elektron ünvanına göndərsinlər .