Sığorta üzrə satış məsləhətçisi – Gəlirinizi satışla artırmaq istəyirsiniz? Bizimlə başlayın!
Namizədə tələblər
• Yaş: 18 - 45
• Cinsi: Bəy və Xanım
• Təhsil: Natamam Ali və Ali
• İş təcrübəsi: Təcrübə tələb olunmur – peşəkar təlimlərlə sizə dəstəl olacağıq!
• Dil bilikləri: Azərbaycan dili (əla), əlavə olaraq Rus dili və İngilis dili (arzu olunandır)
Əsas vəzifə öhdəlikləri:
• Yeni müştərilərin cəlb olunmasını həyata keçirmək, müştərinin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu onlara təqdim etmək;
• Mövcud müştərilərlə sığorta müqavilələrinin yenilənməsini həyata keçirmək;
• Mövcud müştərilərlə əlaqələri gücləndirərək davamlı əməkdaşlıq qurmaq;
• Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;
• Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
• Sığorta müqaviləsinin vaxtında təqdim olunmasına və şərtlərin müştəriyə aydın izahına dəstək vermək.
Bacarıqlar
• Təşəbbüskarlıq;
• Ünsiyyətqurmaq bacarığı;
• Fikirlərinin aydın izah edə bilmək;
• Çalışqanlıq;
• Dəqiqlik;
• Öhdəliklərinə məsuliyyətli olmaq;
• Yaranmış vəziyyətlərə çevik reaksiya vermə;
• Komandada işləmək
• Təklif olunan məhsulun satışını təmin etmə bacarıqları.
İş şərtləri
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• İş saatı: I-IV günlər 09:30 - 17:30, V gün 09:30 - 17:00
• İş yeri: Bakı şəhəri
Biz sizə nə təklif edirik?
• Satış bacarıqları üçün xüsusi təlimlər və mentor dəstəyi
• Uğurlu məsləhətçilər üçün karyera yüksəlişi
• Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması
• İşlə təmin olunma imkanı
• Müasir idarəetmə sistemi və mehriban kollektiv
• Satışlara əsasən artan gəlir
Göstərilən tələblərə uyğun olan namizədlərdən CV-lərini mövzu hissəsinə “ Sığorta üzrə satış məsləhətçisi ” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.