“Şirvan Gənclər evi” SXM işə qəbul elan edir.

“Şirvan Gənclər evi” sosial xidmət müəssisəsinə dərnək rəhbəri vəzifəsinə sənəd qəbulu elan edir. 

Namizədlər aşağıdakı tələblərə cavab verməlidir:

        Gənclərlə iş sahəsində təcrübə;

        Yaş həddi 29-dək;

        MS office paketinə daxil olan proqramlarda sərbəst işləmə bacarığı;

        Komanda ilə işləmə bacarığı;

        Şəxslərarası effektivlik.

Qeyd: Könüllü və ya əməkdaş qismində müvafiq təcrübənin olması, dil və kompüter bilikləri haqqında qeyd CV-də öz əksini tapmalıdır.

Təqdim ediləcək sənədlər:

  CV foto ilə (iddia edilən vəzifənin adı qeyd olunmalıdır); 

  Şəxsiyyət vəsiqəsinin surəti;

  Ali təhsil haqqında diplomun surəti (əgər varsa);

  Tərcümeyi-hal (Elektron formada)

Sənədlər 17 iyun tarixinədək elektron formada [email protected] ünvanına göndərilməlidir.  Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Müraciət etdiyiniz müəssisənin və vəzifənin adı sənədlər göndərilərkən “mövzu” bölməsində qeyd edilməlidir.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.