Sistem və şəbəkə administratoru vakansiyası

 

Vəzifə və öhdəliklər:

Korporativ şəbəkənin texniki təhlükəsizliyini və daim işlək vəziyyətdə olmasını təmin etmək;

Şəbəkə üzrə proseslərinin təkmilləşdirilməsində iştirak, o cümlədən şəbəkə inzibatçılığı sahələri üzrə texniki tapşırıqları hazırlamaq;

Şəbəkə üzrə bütün mühüm dəyişiklərin icrası;

Mövcud olan bütün şəbəkə avadanlıqlarının dayanıqlı işini təmin etmək və onlarda yaranan problemləri qısa müddət ərzində aradan qaldırmaq;

Korporativ şəbəkə avadanlıqlarını quraşdırmaq və tənzimləmək, mövcud korporativ şəbəkə avadanlıqlarını idarə etmək;

Korporativ şəbəkəyə giriş icazəsi təsdiq edilmiş qaydalara uyğun təmin etmək;

Şəbəkə avadanlığlarının konfiqurasiyaların backupların yaradılmasını fasiləsiz təmin etmək;

Korporativ şəbəkə infrastrukturunun təsdiq edilmiş təlimatlara uyğun şəkildə istifadə edilməsinə nəzarət etmək;

Şəbəkə avadanlığlarının lisenziyaların quraşdırılması, habelə lisenziyaların bitmə vaxtına nəzarət;

Şəbəkə infrastrukturu üzrə qabaqlayıcı tədbirlərin müəyyən edilməsi və görülməsi;

Rəqəmsal telefon sistemlərinin administrasiyası və fasiləsiz fəaliyyətinin təmin edilməsi.

Müəssisiənin mövcud sistem xarakterli avadanlıqlarının dayanıqlı işini təmin etmək və onlarda yaranan problemləri aradan qaldırmasında əsas işin icrası;

Müəssisənin mövcud sistem xarakterli avadanlıqların quraşdırması, tənzimləməsi və yenilənməsi proseslərində əsas işin icrası;

Şöbə işçiləri tərəfindən öz vəzifə öhdəliklərinin və daxili əmək intizamı qaydalarının təmin edilməsi üzrə tədbirlər görür;

Öz işini planlaşdırır və iş fəaliyyətinin göstəricilərini təhlil edir;

Rəhbərliyin təyin etdiyi vaxtlarda əmək fəaliyyəti ilə bağlı hesabatları təqdim edir.

 

Namizədə olan tələblər:

Ali təhsil;

Müvafiq sahə üzrə 3 ildən artıq təcrübə;

CCNA səviyyəsində həqiqi bilik;

NG Firewall, L2/L3 switch, router və s. şəbəkə avadanlıqları ilə təcrübə (Cisco/HP/Forti/PA);

Corp. wireless systemləri üzrə təcrübə (UniFi/Cisco/Forti);

Şəbəkə təhlükəsizliyi üzrə biliklər;

IP-PBX ilə təcrübə (3CX, Asterisk);

Windows Server 2019-2022 (GPO, DNS, DHCP, AD, WSUS, RADIUS, LAPS və s.) üzrə administrator səviyyəsində biliklər;

Hardware səviyyəsində fiziki serverlərnən, ən azı biri ilə iş təcrübəsi - HPE ProLiant, Lenovo, DELL enterprise servers və s.

Punktual, aktiv, çevik, diqqətli, stresə davamlı və məsuliyyətli olmalı.

 

İş şərtləri:

İş qrafiki: Həftənin 5 günü:

Əmək haqqı müsahibə əsasında razılaşdırılır;

İşçi illik check up paketi ilə təmin olunur.

İşçinin özü və ailə üzvlərinə tibbi xidmətlərdə 50 faiz endirim təklif olunur;

Şirkət daxili təlim və inkişaf imkanları.

Göstərilən tələblərə uyğun namizədlər CV-lərini emailin mövzu hissəsinə “Sistem və şəbəkə administratoru” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.