“SmartSolutions Hackathon - 2026” adlı hakaton keçiriləcək

 

Azərbaycan Texniki Universiteti (AzTU) və "AzInTelecom" MMC-nin təşkilatçılığı, Startap Azərbaycan platformasının tərəfdaşlığı ilə “SmartSolutions Hackathon - 2026” adlı hakaton keçiriləcək.

 

AzTU İnkubasiya Mərkəzində keçiriləcək iki günlük innovasiya tədbiri innovativ düşüncəyə sahib gəncləri bir araya gətirərək real problemlərə texnoloji həllər hazırlamağı təşviq edir. İştirakçılar komandalar şəklində çalışaraq ideyalarını inkişaf etdirəcək, prototiplər hazırlayacaq və layihələrini münsiflər heyəti qarşısında təqdim edəcəklər. Tədbir gənclərə biliklərini praktik mühitdə sınamaq, komanda işi bacarıqlarını gücləndirmək və innovativ yanaşma formalaşdırmaq imkanı yaradacaq.

 

Hakaton iki əsas istiqaməti əhatə edir:

 Süni intellekt, Mobillik

 Kibertəhlükəsizlik, FinTech və Bulud texnologiyaları

 

Hər bir istiqamət üzrə qaliblər mükafatlandırılacaq.

1-ci yer – 1000 AZN

2-ci yer – 700 AZN

3-cü yer – 500 AZN

 

 QEYD: Hakatonda iştirak yalnız komanda formatında mümkündür, fərdi müraciətlər qəbul edilmir.

 Qeydiyyat üçün son tarix: 31.03.2026

 Qeydiyyat linki:  LİNK

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.