“Amazon Baku School” “SMM” sahəsi üzrə 2 Aylıq Ödənişli Təcrübə Proqramını açıq elan edir!
Əgər siz də praktiki Sosial Media Marketing biliklərinə sahib olmaq istəyirsinizsə, müraciət edə bilərsiniz.
Ödənişli SMM Təcrübə proqramı üçün tələblər:
Təhsil: Orta və ya Ali təhsil
İngilis və rus dillərində normal səviyyədə yazanlara üstünlük verilir
Microsoft Office proqramlarını orta səviyyədə bilməlidir
İnkişafa yönümlü olmalıdır
Səbirli, öyrənməyə həvəsli, məsuliyyətli, pozitiv olmaq
İş saatı: 10:00-18:00
Hazırda tələbə olan şəxslər üçün uyğun deyil təəssüf ki.
Biz sizə təklif edirik:
Karyera inkişafı, sonda işlə təmin olunma
5 günlük iş rejimi
SMM sahəsi üzrə praktiki təcrübə və biliklər əldə etmək
Əmək məcəlləsinə əsasən rəsmiləşmə
Ödənişli təcrübə proqramından faydalanma imkanı
Ödənişsiz yerli və beynəlxalq praktiki təlimlər
“SMM” sahəsi üzrə Maaşlı Təcrübə Proqramında namizədə aylıq 200 AZN ödəniş ediləcək. Sonda təcrübəçi namizəd işlə təmin olunacaq.
“SMM” sahəsi üzrə Maaşlı Təcrübə Proqramına müraciətlər seçim əsasında aparılır.
Müraciət üçün istək məktubu və resume-nizi
[email protected] ünvanına göndərə bilərsiniz.
İstək məktubu olmayan heç bir CV-yə baxılmayacaq, təəssüf ki.