SOCAR HACKATHON-a qeydiyyat başladı!

 

13–14 dekabrda SOCAR-ın Bakı Ali Neft Məktəbində “SOCAR Hackathon 2025” tədbiri keçiriləcək.

Hakatonun məqsədi SOCAR-ın innovasiya gündəliyinə uyğun süni intellekt və məlumat mühəndisliyi üzrə yeni texnoloji həllər hazırlamaq, həmçinin gəncləri yaradıcı, praktiki həllər üzərində işləməyə təşviq etməkdir.

Hakaton iki istiqamət üzrə keçiriləcək:

 

1️Süni İntellekt Mühəndisliyi (AI Engineering): Əl yazısı məlumatlarının emalı

 

2️. Məlumat Mühəndisliyi (Data Engineering): Seysmik məlumatların bərpası

 

* İştirakçılar komandalar şəklində (ən çox 3 nəfər) müraciət edə bilərlər.

 

İlkin seçim mərhələsində komandaların motivasiya məktubu, CV-ləri və texniki bacarıqları nəzərə alınacaq.

* Seçilmiş komandalar 48 saat ərzində SOCAR-ın təqdim etdiyi real məlumat bazaları üzərində işləyərək texnoloji həllər hazırlayacaqlar.

 

Mükafat fondu (hər istiqamət üzrə):

1-ci yer – 4,000 AZN

2-ci yer – 2,000 AZN

3-cü yer – 1,000 AZN

 

Qeydiyyat üçün: LİNK

 

Son müraciət tarixi: 07 dekabr 2025-ci il, saat 23:59-a qədər

Məkan: Bakı Ali Neft Məktəbi kampusu, Bakı şəhəri, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu 3-cü km, 25

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.