Gənc İstedadlar Proqramı - Uğurlu karyera üçün ilk addımını at!
Məmnuniyyətlə bildiririk ki, SOCAR-ın həyata keçirdiyi Gənc İstedadlar Proqramı 2026 üçün qeydiyyat prosesi artıq başlayıb.
SOCAR Gənc İstedadlar Proqramı çərçivəsində neft və qaz sektorunda təcrübə qazanmaq istəyən istedadlı gəncləri kəşf edərək onlara özlərini reallaşdırma imkanı təqdim edir. Azərbaycan Respublikasının və xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan tələbələrin, o cümlədən yeni məzun olmuş istedadlı gənclərin peşəkar inkişafını və əmək bazarına asanlıqla inteqrasiya edilməsini təmin etmək məqsədilə dizayn edilmiş Gənc İstedadlar Proqramına müraciət edərək gələcəyin enerji mütəxəssisləri sırasına sən də qoşul!
Gənc İstedadlar Proqramı sizə nələr vəd edir:
Real iş mühitində təcrübə;
Peşəkar mentorlardan öyrənmə;
Müxtəlif layihələrdə iştirak;
Şəxsi və peşəkar inkişafınız üçün təlimlər;
Zəngin elektron öyrənmə platformalarından istifadə;
Müxtəlifliyin və inklüzivliyin təmin olduğu korporativ mühit;
Proqram müddətində aylıq ödəniş;
Təcrübə göstəricilərinə əsasən SOCAR-da işə qəbul imkanı;
Proqram haqqında ətraflı məlumat və müraciət üçün aşağıdakı linkə keçid edə bilərsiniz.
SOCAR-la yeni üfüqlərə doğru irəliləməyin zamanıdır!