Enerji sektorunda fərq yarada biləcək innovativ həlliniz var?
SOCAR-ın What Is Next? (WIN) Açıq İnnovasiya Proqramına müraciətlər başlayır.
Proqram yeni nəsil texnologiyalar vasitəsilə neft-qaz əməliyyatlarının təkmilləşdirilməsinə, əməliyyat səmərəliliyinin artırılmasına və enerji keçidinə töhfə verə biləcək həlləri real əməliyyat mühitində sınaqdan keçirmək üçün imkan yaradır.
Seçilmiş həllər üçün:
* 20 000 ABŞ dollarınadək sınaq büdcəsi
* SOCAR mütəxəssisləri ilə birbaşa əməkdaşlıq
* Həllin real əməliyyat mühitində sınaqdan keçirilməsi imkanı
Qeyd edək ki, layihəyə dünyanın istənilən nöqtəsindən startaplar, texnologiya şirkətləri və innovatorlar müraciət edə bilər.
Növbəti həll sizin ola bilər.
Ətraflı məlumat və müraciət: win.socar.az
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.