About the job

Impler Digital kommunikasiya agentliyi Sosial Media meneceri vakansiyası elan edir. Komandamıza qoşulacaq yeni əməkdaş müxtəlif sosial media səhifələrinin idarə olunmasına – kontent planların hazırlanmasından başlayaraq, kreativ postların təklif edilməsi və ümumiyyətlə səhifələrin inkişafı ilə bağlı müxtəlif işlərə cavabdeh olacaq. Vəzifə öhdəlikləri: - Facebook, Instagram, Linkedin, Tiktok kimi sosial media şəbəkələrində hesabların idarə olunması; - Sosial Media üçün kontent yaratmaq (mətn, foto, video) və sosial mediada yerləşdirmək; - Video icmallar, video izahlar üçün ideyalar təklif etmək; - Dizayner, fotoqraf və videoqraf ilə birgə vizual materialın hazırlanmasında iştirak etmək; - Sosial Media üçün kreativ post ideyaları vermək, postlar üçün yazılar hazırlamaq; Tələbər: - Mükəmməl Azərbaycan dili; - Ən azı bir xarici dili (rus və ya ingilis) sərbəst şəkildə bilmək; - Bu sahə üzrə ən azı 1 illik iş təcrübəsi (reklam və ya sosial media agentliyində iş təcrübəsi üst�
�nlükdür); - Yaş və cinslə bağlı heç bir məhdudiyyət yoxdur. Portret: - Məsuliyyətli, punktual və komandada işləməyi bacaran; - Yenilikləri və trendləri izləyən; - Oxumağı, yazmağı və araşdarmağı xoşlayan; - Daima inkişaf etməyi qarşısına məqsəd qoyan; - Planlama və idarəetmə ilə arası yaxşı olan. Biz vəd edirik: - 600-1000 maaş (təcrübəsinə uyğun təyin olunacaq); - Maaşdan əlavə 50% həcmində 13-cü maaş bonus; - Şəhərin mərkəzində yerləşən ofis; - Pozitiv, ünsiyyətcil komanda və peşəkar iş mühiti; - İşləmək üçün rahat Macbook Air noutbuku; - Qlobal və aparıcı yerli brendlərlə müxtəlif layihələrdə öz potensialını reallaşdırmaq imkanları. Müraciət: Müraciət üçün CV və Portfolionu [email protected] ünvanına göndərə bilərsiniz. Məktubun başlığı: Elə başlıq olsun ki, sizi fərqləndirsin. Portfoliosuz və standart başlıqlı məktublara baxılmayacaq. Seçim qaydası: Uyğun namizədlərlə CV göndərdiyi andan etibarən 72 saat ərzində əlaqə saxlanılacaq. Elan müvafiq namizəd tapılana kimi qüvvədədir.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.