Sosial Media Layihələri üzrə Təqdimatçı (xanım namizəd) vakansiyası
İş yeri: Beynəlxalq Təhsil Mərkəzi
İş rejimi: 09:00 – 19:00
İş yeri: Bakı şəhəri, Koroğlu metrosu yaxınlığı
Vəzifə haqqında:
Beynəlxalq Təhsil Mərkəzi media və təqdimat layihələrində mərkəzin siması olacaq, səlis nitq qabiliyyətinə və peşəkar səhnə davranışına malik xanım təqdimatçı axtarışındadır. Namizəd kamera qarşısında müxtəlif təqdimat və təhsil yönümlü videolarda iştirak edəcək, mərkəzin imicinin formalaşmasında və ictimaiyyətlə əlaqələrinin gücləndirilməsində əsas rol oynayacaq.
Əsas vəzifə öhdəlikləri:
Təqdimat, reportaj və tanıtım videolarında iştirak etmək;
Mətni düzgün tələffüzlə, səlis və emosional şəkildə təqdim etmək;
Yüksək diksiyaya və ifadəli nitqə malik olmaq;
Kamera qarşısında kompleksiz, təbii və peşəkar davranış sərgiləmək;
Çəkiliş prosesində komanda ilə birgə işləmək;
Mərkəzin imicinə uyğun təqdimat tərzi nümayiş etdirmək.
Namizədə tələblər:
Xanım namizəd (20–30 yaş aralığı);
Ali təhsil arzuolunandır;
Kamera qarşısında sərbəst çıxış və səhnə davranışı bacarığı;
Səlis və aydın diksiya, düzgün Azərbaycan dili tələffüzü;
Cavan və səliqəli görünüş;
Yaradıcı düşüncə, pozitiv yanaşma və özünü ifadə etmək bacarığı;
Komandada işləmək və yeni şəraitə tez uyğunlaşmaq bacarığı;
Daimi əməkdaşlıq üçün uyğun iş rejiminə malik olmaq.
Biz təklif edirik:
Peşəkar və yaradıcı iş mühiti;
Maraqlı layihələrdə iştirak imkanı
Daimi əməkdaşlıq və inkişaf perspektivi;
Əməkhaqqı müsahibə əsasında müəyyən ediləcək.
Müraciət üçün:
CV və 1 dəqiqəlik təqdimat videosunu [email protected] ünvanına
“Sosial Media Layihələri üzrə Təqdimatçı” başlığı ilə göndərin.