Sosial Media Meneceri (Xaricdə Təhsil üzrə) vakansiyası
Xaricdə təhsil sahəsində fəaliyyət göstərən komandamıza kreativ və məsuliyyətli Sosial Media Meneceri axtarırıq!
Vəzifə öhdəlikləri:
Sosial media platformalarında (Instagram, TikTok, Facebook və s.) kontent planının hazırlanması və idarə olunması
Xaricdə təhsil ilə bağlı maarifləndirici və satış yönümlü paylaşımların hazırlanması
Auditoriya ilə aktiv ünsiyyət və mesajların cavablandırılması
Analitika və hesabatların hazırlanması
Namizədə tələblər:
Yalnız xanım namizədlər müraciət edə bilərlər.
Sosial media idarəçiliyi üzrə təcrübəsi olanlar
Kreativ düşüncə və kontent ideyaları yaratmaq bacarığı
Azərbaycan dili sərbəst, ingilis dili biliyi üstünlükdür
Dizayn alətləri (Canva və s.) ilə işləmək bacarığı üstünlükdür
Xaricdə təhsil sahəsinə maraq və ya təcrübə üstünlükdür
Təklif edirik:
Rəqabətli əməkhaqqı + bonus sistemi
Karyera inkişafı imkanları
Gənc və dinamik komanda
Rahat və motivasiyaedici iş mühiti
İş yeri: Bakı
İş rejimi: Tam ştat / Hibrid (razılaşma ilə)
CV-nizi və “Sosial Media Meneceri “ başlığı altında [email protected] ünvanına göndərin. Son müraciət vaxtı 5 Aprel 2026.