Antaris komandamıza yaradıcı və məsuliyyətli "Sosial media mütəxəssisi (SMM)" axtarırıq!
İş şəraiti:
- Əmək haqqı: 600–800 AZN (təcrübə və bacarıqlara əsasən)
- İş rejimi: 6 iş günü (Şənbə günü: 10:00–14:00)
- Bazar günü – istirahət
- Rəsmi əmək müqaviləsi ilə sənədləşmə
İşin təsviri:
- Şirkətin sosial şəbəkə hesablarının idarəedilməsi (Facebook, Instagram,Tiktok və s.)
- Sosial media üçün həftəlik post planının hazırlanması
- Meta proqramında reklamların yerləşdirilməsi və izlənilməsi
- Sosial mediada paylaşımların edilməsi, müştəri rəylərinin cavablandırılması
- Gündəlik paylaşımlar üçün kontentin hazırlanması
- Məhsulların çəkilişi
- Story planın hazırlanması
- Səhifələrin statistikalarının hesabatı
Namizədə tələblər:
- Təhsil – Ali təhsil
- 20–35 yaş
- 1 ildən çox iş təcrübəsi (Sosial media marketinq (SMM) üzrə ən azı 1 il iş təcrübəsi);
- Xarici dil bilikləri: Rus dili, ingilis dili (arzuolunandır)
- Video redaktə proqramları; inshot, capcut, adobe premiere pro, final cut pro
- Araşdırmaq və yenilikləri tətbiq etmək bacarığı
- Müstəqil işləmək bacarığı, idarəçilik və təşkilatçılıq qabiliyyəti
- Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı və komanda ilə işləməyi bacarmalı
Müraciət: CV-lərinizi [email protected] mail ünvanına başlıqda "Sosial media mütəxəssisi" yazaraq göndərə və ya +994 51 277 11 10 nömrəsinin WhatsApp-ına yaza bilərsiniz.
Ünvan: Bakı şəhəri, Nərimanov, Əhməd Rəcəbli 46B