"Sosial media operatoru" vakansiyası
Vəzifə öhdəlikləri:
• Sosial media üzərindən gələn mesaj və zənglərin cavablandırılması;
• Müştərilərlə online yazışma və məhsul barədə məlumatlandırma;
• Daxil olan müraciət və iradları müvafiq şöbə və şəxslərə yönləndirmək;
• Müştəri məmnuniyyətinin qorunması və aktiv kommunikasiya;
• Görülən işlərin hesabatını hazırlamaq;
• Vəzifə təlimatına uyğun digər tapşırıqları yerinə yetirmək.
Namizədə dair əsas tələblər:
• Online satış və ya müştəri xidmətləri sahəsində təcrübə ;
• Yaş həddi 20-35 yaş;
• Ali təhsil;
• Dil bilikləri: Azərbaycan dili – mükəmməl, İngilis və Rus dillərini bilmək əlavə üstünlük hesab olunur;
• Dəqiq, operativ və nəzakətli yazışma bacarığı;
• Facebook,Instagram,TikTok messenger platformalarında işləmək bacarığı;
• Komanda ilə işləmə bacarığı ;
• Məsuliyyətli, diqqətli, ünsiyyət bacarıqları;
Əlavə məlumat:
İş yerinin yerləşdiyi ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti Baku Olimpik Residence 189A
İş rejimi: həftə içi 5 gün
Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək.
Tələblərə uğun namizədlər mövzu yerində “Sosial media operatoru“ qeyd edərək öz CV-lərini [email protected] e-mail ünvanına göndərə bilərlər.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.