"Sosial Media üzrə mütəxəssis" vakansiyası

 

Azersun Holding şirkətlər qrupuna daxil olan Media Balans MMC-də "Sosial Media üzrə mütəxəssis" vakansiyası çərçivəsində komandamıza enerjili, öyrənməyə həvəsli və sosial media dünyasına marağı olan yeni əməkdaş axtarışındayıq.

 

Tələblər:

 •  Ali təhsil (marketinq, jurnalistika, kommunikasiya və ya əlaqədar sahələr üstünlükdür)

 •  Minimum 3 il sosial media təcrübəsi (agentlik təcrübəsi üstünlükdür)

 •  Facebook, Instagram, TikTok, LinkedIn, YouTube və s. platformalar üzrə biliklər

 •  Kontent planlama və icra bacarığı

 •  Meta Business Suite, TikTok Ads, LinkedIn Ads və s. alətlər üzrə baza və ya orta səviyyə bilik

 •  Kreativ düşüncə və brend tonuna uyğun yazı bacarığı

 •  Azərbaycan dilində sərbəst yazı bacarığı, rus dili bilikləri üstünlükdür

 •  Komanda ilə işləmə bacarığı.

 

Vəzifə öhdəlikləri:

 •  Sosial şəbəkələr (Facebook, Instagram, TikTok, LinkedIn və s.) üçün kontent planı tərtib etmək

 •  Post, story və video ideyaları yaratmaq, dizayn komandası ilə koordinasiya

 •  Brendin kommunikasiya xəttinə uyğun tone of voice formalaşdırmaq və qorumaq

 •  İzləyici reaksiyalarını idarə etmək (rəy, mesaj və şərhlərə cavab vermək)

 •  Aylıq və layihə hesabatlarını hazırlamaq

 •  Rəqiblərin sosial media fəaliyyətlərini monitorinq etmək

 •  Yeni trend və alətləri izləmək, innovativ yanaşmalar tətbiq etmək

 •  Influencer və partnyor əməkdaşlıqlarında iştirak etmək

 İş Qrafiki: Həftə içi 5 gün | 09:00 – 18:00

 

 Nahar şirkət tərəfindən təmin olunur

 Nəqliyyat dəstəyi mövcuddur

 İş yeri: Bakı şəhəri

 CV göndərmək üçün: [email protected]

 Mövzu hissəsində: “Sosial Media üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.