Sosial pedaqoq (Kişi namizəd) vakansiyası

 

“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir.

 

 “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi Gəncə SOS Uşaq Kəndi Kiçik Qrup Evi oğlanlar layihəsinə

 

 Sosial pedaqoq (Kişi namizəd) vəzifəsinə iş elanı verir:

 

 KQE (oğlanlar üçün) Layihəsi gənclərin (14 yaşdan yuxarı oğlanlar) müstəqil həyata hazırlanmaları üçün lazımi bacarıqların inkişaf etdirilməsi üçün fəaliyyət göstərir. Sosial pedaqoqun əsas vəzifəsi layihədən faydalanan gənclərin cəmiyyətə uğurlu inteqrasiyasının təmin edilməsinə dəstək göstərməkdir.

 

 Bu vəzifəyə qəbul olunacaq namizəd uşaq və insan hüquqlarının qorunduğu bir təşkilatın üzvü olacağı üçün ondan məhkumluğun olub-olmamasına dair arayış və ötən iş yerlərindən xarakteristikalar (rəylər) tələb olunacadır. Uğurlu namizədin vəzifə üzrə bilik və bacarıqları ilə yanaşı müdafiəyə olan yanaşması da araşdırılacaq və qiymətləndiriləcəkdir.

 

PROFİLİNİZ:

35-50 yaş arası kişi namizəd;

Ali təhsil (Pedaqogika və ya psixologiya sahəsində ali təhsil üstünlükdür);

Uşaq və ya gənclərlə iş sahəsində azı 2 illik iş təcrübəsi (beynəlxalq təşkilatlarda iş təcrübəsi üstünlükdür)

Mentorluq bacarığı;

Məsləhət vermək və danışıqlar aparmaq bacarığı;

Sosial və təşkilati bacarıqlar;

Stressə davamlılıq;

Komandada işləmək istəyi və bacarığı;

Uşaq hüquqları və uşaq müdafiəsi haqqında məlumatlılıq;

Ölkədəki təhsil və sosial sistem haqda məlumatlılıq;

Əlavə peşəyönümlü təhsil (təlim, seminarlar);

İlkin tibbi yardım bacarığı;

Kompüter biliyi (MS Office);

 

  VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

Gənclərin Fərdi İnkişaf Planlarının hazırlanması və həyata keçirilməsində dəstək göstərmək;

Gənclərə təhsil seçimi, şəxsi inkişaf və peşə istiqamətləndirilməsi sahəsində dəstək göstərmək;

Gənclərə sosial və müstəqil yaşam bacarıqlarının inkişaf etdirilməsində dəstək göstərmək;

Gənclər üçün iş yerlərinin tapılmasında/işlə təmin olmasında dəstək göstərmək;

Təhsil ocaqları və iş yerləri ilə sıx əməkdaşlıq etmək;

SOS Uşaq Kəndi, bioloji ailələr və icma ilə əməkdaşlıq etmək;

Gənclərin asudə vaxtlarını təşkil etmək;

Növbəli işləmək (gecələmək şərtilə 24 saatlıq (1 gün) iş, növbəti 72 saat (3 gün) istirahət günü olmaqla)

 

 İŞ ŞƏRTLƏRİ:

 Ünvan –Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsi 189;

550.00 AZN (vergilər daxil) əmək haqqı;

Növbəli iş rejimi;

Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.

 

Uşaq Müdafiəsi:

Uşaq Müdafiə Siyasətinə riayət etmək

Uşaq Kəndi Proqramlarında zorakılıq halları ilə bağlı hadisələrə “Uşaq müdafiəsi üzrə Hesabat vermə və cavab tədbirləri” prosedurunu tətbiq etmək

 Cinsi zorakılıq, istismar və zorlama hallarının qarşısının alınması və bu kimi hallardan müdafiə siyasəti üzrə

 

Cinsi zorakılıq, istismar və zorlama hallarının qarşısının alınması və bu kimi hallardan müdafiə siyasətinə riayət etmək

Cinsi zorakılıq, istismar və zorlama halları ilə bağlı hesabatvermə və cavabvermə prosedurlarını tətbiq etmək

 

 TƏKLİFİMİZ:

“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır.

 

 Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV “Gəncə SOS UK/Sosial Pedaqoq-KQE-Oğlanlar” adlı başlıqla [email protected] e-poçt ünvanına göndərməyinizi xahiş edirik.

 

Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır!

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.