SpaceX raketinin Ay ilə toqquşması gözlənilir SpaceX-in 2015-ci ildə buraxdığı Falcon 9 raketi Ay ilə planlaşdırılmamış şəkildə toqquşa bilər. Falcon 9 kosmosa hava peyki göndərmək üçün planetlərarası missiyanın bir hissəsi olaraq Floridadan buraxıldı, lakin missiyasının ikinci mərhələsini başa çatdıra bilmədi. Falcon 9-un bu mərhələdə Yer atmosferinə qayıtmaq üçün kifayət qədər yanacağı olmadığı, Yer-Ay sisteminin cazibə qüvvəsindən xilas olmaq üçün lazım olan enerjiyə malik olmadığı və xaotik orbitlə getdiyi bildirilib. Kosmik müşahidəçilər tərəfindən dörd tonluq kosmos zibil kimi təsvir edilən raketin böyük ehtimalla 4 mart 2022-ci ildə Ayın ekvatoruna yaxın bir bölgəyə dəyəcəyi və toqquşmanın bəzi açıq təsirləri ola biləcəyi ifadə edildi. Ayın bu raketi məhv edəcək atmosferi yoxdur. Sözügedən toqquşmanın Yerdən adi gözlə görülməsi gözlənilmir. Mənbə: Tomorrow Hazırladı:Edumap.azTəhsil Portalı
____________________________________________________________________________________________________________________

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.