Startap və investorların diqqətinə!
Qafqaz və Mərkəzi Asiyanın “Venture Day” tədbirində iştiraka tələsin!
Beynəlxalq Telekommunikasiya Birliyi, Mərkəzi Avrasiya Startap platforması və İT Park Özbəkistan 24 iyun tarixində saat 13:00-da Qafqazda və Mərkəzi Asiyada fəaliyyət göstərən startaplar üçün “Venture Day” onlayn görüş təşkil edirlər.
Bu platforma regionun ən dinamik işgüzar müstəvisi olmaqla startap və investor icmasını bir araya gətirir.
📌Startaplar üçün məlumat:
Startaplar müvafiq tədbirin qeydiyyatından keçməklə özlərinin ən innovativ təkliflərini Qafqaz və Mərkəzi Asiyada fəaliyyət göstərən potensial investorlara təqdim etmək imkanı ��ldə edəcəklər.
Region üzrə seçilmiş ən yaxşı 20 startap tədbirdə öz “Pitch”lərini təqdim edərək investorlarla birbaşa əlaqə qura biləcəklər.
Mərkəzi Avrasiya Startap İcmasının üzvü olmaq istəyirsinizsə, qeydiyyatdan indi keçin!
🔗Qeydiyyat linki:https://bit.ly/3cpLihP
📌İnvestorlar üçün məlumat:
Dəyərli investor, 2 saatlıq sessiya ərzində siz regionun 7 ölkəsinin startap ekosisteminin cari statusunu izləməklə ən innovativ layihələrin maliyyələşdirilməsini nəzərdən keçirə bilərsiniz.
🔗Qeydiyyat üçün lik:https://bit.ly/3giQDbM
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.