Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün Strateji İnkişaf Departamentinin Dayanıqlılıq şöbəsinə aparıcı mütəxəssis axtarırıq! 

 

Vəzifə funksiyası

Namizəd strategiyanın dayanıqlılıq hissəsinin icrasına rəhbərlik edəcək, ESG (ətraf mühit, sosial və idarəetmə) prinsiplərinin əməliyyatlara inteqrasiyasını təmin edəcək, həmçinin dayanıqlılıq təşəbbüslərinin ölçülə bilən nəticələrə çevrilməsinə cavabdeh olacaq.

 

Sizi hansı öhdəliklər gözləyir?

* Qısa, orta və uzunmüddətli dayanıqlılıq yol xəritəsinin və proqramının hazırlanması;

* Dayanıqlılıq prinsiplərinin əməliyyatlara inteqrasiyasının təmin edilməsi;

* Enerji səmərəliliyi, dairəvi iqtisadiyyat və digər dekarbonizasiya təşəbbüslərinin müəyyənləşdirilməsi və inkişafı;

* ESG data toplanması, sistemləşdirilməsi və əsas performans göstəricilərinin (KPI) hazırlanması və izlənməsi;

* Dayanıqlılıq layihələri üçün biznes keys-lərin( “business case” ) hazırlanması.

 

Namizədlərdən tələblərimiz

* Ali təhsil (dayanıqlılıq, ətraf mühit elmləri, biznesin idarə edilməsi, iqtisadiyyat, və ya əlaqəli sahələr üzrə üstünlükdür);

* Dayanıqlılıq, ESG və ya iqlim dəyişiklikləri sahəsində təcrübə;

* Strategiya və əməliyyat səviyyəsində iş təcrübəsi (xüsusilə infrastruktur və ya nəqliyyat sektorunda üstünlükdür);

* Güclü analitik düşünmə və data ilə işləmə bacarığı (ESG/KPI yanaşması).

 

Metropoliten Sizə nə təklif edir?

* Sabit və etibarlı iş mühiti;

* Peşəkar komandada inkişaf və karyera imkanları;

* Metropolitendən ödənişsiz istifadə imkanı;

* Güzəştli nahar təminatı;

* “Metropolitan Apartments” və əməkdaşlıq etdiyimiz digər sanatoriyalarda güzəştli istirahət imkanı;

* Psixoloji dəstək xidməti.

 

Müraciət üçün 

Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq link  vasitəsilə vakansiyaya müraciətinizi tamamlaya bilərsiniz.

 

Müraciət üçün son tarix: 26 avqust 2026-cı il

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.