Crocusoft olaraq modern və istifadəçi yönümlü rəqəmsal məhsullar üzərində çalışacaq Strong Junior / Middle UX/UI Designer axtarırıq.
Nə edəcəksiniz:
Veb və mobil tətbiqlər üçün istifadəçi dostu interfeyslər dizayn etmək;
UX araşdırmaları aparmaq, istifadəçi axınları (user flows) və prototiplər (wireframes) hazırlamaq;
Məhsul menecerləri, proqramçılar və müştərilərlə birgə çalışaraq tələbləri dizayn həllərinə çevirmək;
Dizayn sistemlərini və komponent strukturunu inkişaf etdirmək;
UI review-larda iştirak etmək və məhsulları davamlı olaraq təkmilləşdirmək.
Axtardığımız namizəd:
UX/UI dizayn sahəsində 2 ildən artıq təcrübə;
Real layihələri əks etdirən güclü portfoliо;
Figma-da yüksək səviyyədə işləmə bacarığı (prototipləşdirmə, auto layout, komponentlər);
Frontend texnologiyalarının imkanlarını anlamaq və developer-lərlə effektiv ünsiyyət qurmaq bacarığı;
Detallara qarşı diqqətli, səliqəli tipoqrafiya və ardıcıl vizual dil hissi;
Müstəqil işləmə və dizayn qərarlarını əsaslandırma bacarığı.
Üstünlük sayılacaq:
SaaS və ya B2B məhsullarının dizaynı sahəsində təcrübə;
Dizayn sistemlərinin qurulması və idarə edilməsi təcrübəsi;
Proqramçılarla (Hand-off prosesində) sıx işləmə təcrübəsi.
Müraciət üçün:
CV və portfolionuzu [email protected] ünvanına, mövzu hissəsində “UX/UI Designer” qeyd edərək göndərə bilərsiniz.