Sumqayıt Gənclər evi baş mühasib vəzifəsi üzrə işə qəbul elan edir.
Qeyd edilən vəzifəyə namizədlər aşağıdakı ilkin tələblərə cavab verməlidir:
- Maliyyə və mühasibatlıq sahəsi üzrə ali təhsil;
- Yaş həddi 40 yaşadək;
- Dövlət müəssisəsində 1 ildən 3 ilə qədər təcrübə.
Təqdim ediləcək sənədlər:
- CV forması (CV-də və "mövzu" bölməsində iddia edilən vəzifənin adı mütləq qeyd olunmalıdır, CV Azərbaycan dilində tərtib edilməlidir);
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Ali təhsil haqqında diplomun surəti.
Qeyd: CV forması aydın şəkildə, tam doldurulmayan və qeyd edilən tələblərə cavab verməyən namizədlərin sənədlərinə baxılmayacaq. Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar. Müsahibə nəticələrinə uyğun olaraq yalnız seçilmiş namizədlərə bu barədə məlumat veriləcək.
Müraciət etmək üçün yuxarıda qeyd olunan sənədlər [email protected] elektron poçt ünvanına "Sumqayıt Gənclər evi - Baş mühasib" başlığı ilə göndərilməlidir.