VAKANSİYA: Süni İntellekt (AI) üzrə Mentor
SecOps Academy komandası genişlənir!
Süni İntellekt sahəsində bilik və təcrübənizi gələcək mütəxəssislərlə bölüşmək istəyirsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq.
Vəzifə öhdəlikləri:
• Süni İntellekt üzrə təlimlərin keçirilməsi
• Tələbələrin praktiki layihələr üzərində yönləndirilməsi
• AI alətləri və texnologiyaları üzrə nəzəri və praktik biliklərin tədrisi
• Tədris proqramının inkişafına dəstək göstərilməsi
• Tələbələrin inkişafının izlənilməsi və qiymətləndirilməsi
Tələblər:
• Süni İntellekt və Generativ AI sahəsində bilik və təcrübə
• ChatGPT, Gemini, Claude, Copilot və digər AI alətləri ilə işləmə bacarığı
• Prompt Engineering üzrə anlayış və praktiki təcrübə
• Təlimçilik və ya mentorluq təcrübəsi üstünlükdür
• Güclü təqdimat və ünsiyyət bacarığı
• Məsuliyyətli və nəticəyönümlü yanaşma
Biz təklif edirik:
• Peşəkar inkişaf imkanı
• Dinamik və innovativ iş mühiti
Maraqlanan namizədlər CV-lərini [email protected] adresinə göndərə bilərlər.