Süni İntellektlə İşini Avtomatlaşdır
ÖDƏNİŞSİZ İNTERAKTİV TƏLİM
AT WORK: WORKFLOW AUTOMATION
Real iş proseslərinin avtomatlaşdırılması
İş gününün böyük hissəsi mürəkkəb qərarlara deyil, məlumat toplamaq, yoxlamaq və eyni addımları təkrarlamağa sərf olunur. Bu təlimdə real skriptlər üzərindən həmin təkrarlanan mərhələlərin vahid, avtomatik iş axınına necə çevrilə biləcəyi nümayiş etdiriləcək.
Təlimin fokusunda:
- İş prosesinin təhlili — hansı addımların avtomatlaşdırmaya uyğun olduğu, hansılarının insan qərarı tələb etdiyi
- Müxtəlif sistemlərdən — API, fayl və e-poçtdan — məlumatların avtomatik alınması və emalı
- Şərtə əsaslanan məntiq və avtomatik əməliyyatların qurulması
- Real skript üzərində məlumatın alınmasından nəticəyə qədər tam workflow-un canlı nümayişi
Təlimin sonunda iştirakçıların təqdim etdiyi real iş proseslərindən 3-ü seçilərək canlı şəkildə AI vasitəsilə avtomatlaşdırılacaq.
Təlimçi: Emin Mammadov
Cybersecurity Analyst — SOCAR TECH
Tarix: 27 sentyabr 2026
Saat: 13:00–15:00
Ünvan: Lotfi Zadeh Technology Center (Coworking Center), Caspian Plaza, 18-ci mərtəbə
Format: Offline
İştirak: Ödənişsiz
Maksimum iştirakçı sayı: 15 nəfər
Praktiki çalışmaların icrası üçün şəxsi notebook ilə iştirak arzuolunandır.
Qeydiyyat linki: LİNK