“Tamstore”da karyera günü!
“Tamstore” marketlər şəbəkəsi Mərkəzi anbar(Dərnəgül) üçün Sifariş toplama operatoru vakansiyası üzrə işçi qəbulunu elan edir.
Müsahibədən uğurla keçmiş namizədlər işlə təmin olunacaqlar.
İş haqqında:
İş qrafiki 8 saat və növbəlidir
Nahar şirkət tərəfindən təmin ediləcək
Bayram günləri əvəz olunur
Rəsmi iş yeri ilə təmin olunma
Karyera yüksəlişi
Yol xərci şirkət tərəfindən təmin ediləcək
Qoyulan hədəflərə çatdıqda bonus ödənişlər
Yalnız bəy namizədlər
Şəxsiyyət vəsiqəsi və bəy namizədlər üçün hərbi biletin təqdim edilməsi mütləqdir.
Tarix: 23 fevral
Saat: 10:00-14:00
Ünvan: “Tamstore” Karyera Mərkəzi, Nərimanov ray., Aşıq Molla Cümə küçəsi 45D
Əlaqə: (099) 200-15-02