“Tarixi qələbə” onlayn respublika rəsm müsabiqəsinə start verilib

Təhsil Nazirliyinin dəstəyi, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 20 avqust – 6 noyabr 2021-ci il tarixlərini əhatə edən “Tarixi qələbə” adlı onlayn respublika rəsm müsabiqəsinə start verilib.     Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilən müsabiqənin məqsədlərindən biri uşaq və gənclərə vətənpərvərlik hisslərini aşılamaq, istedadlı uşaqların bilik və bacarıqlarını inkişaf etdirmək, asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir.     Müsabiqə 3 yaş qrupunda (6-9 yaş, 10-13 yaş, 14-18 yaş) olmaqla 2 mərhələdə keçirilir:   I mərhələ - 20 avqust - 20 oktyabr 2021-ci il tarixlərini əhatə edir.
Bu mərhələdə hər yaş qrupu üzrə seçilmiş namizəd 1 ədəd rəsm işini 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin e-mail ünvanına ([email protected]) göndərməlidir;   II mərhələ - 21 oktyabr – 6 noyabr 2021- ci il tarixlərini əhatə edir. Bu mərhələnin qalibləri münsiflər heyəti tərəfindən müəyyən edilir.     Müsabiqə üzrə şərtlər aşağıdakılardır:   - Rəsmlər A3 və ya A4 formatda işlənməlidir; - İşlənmə texnikası sərbəstdir; - Rəsmlərin aşağı sağ küncündə rəsmin adı, dərnək üzvünün adı, soyadı, yaşı və mərkəzin adı qeyd olunmuş etiket vurulmalıdır.   Müsabiqə ilə bağlı yaranan suallar aşağıda qeyd olunan nömrələr vasitəsilə cavablandırılacaq: (+994) 55-994-57-86 (+994) 12-372-72-63   Müsabiqənin qalibləri və fəal iştirakçıları 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplom və sertifikatları ilə təltif olunacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.