TƏBİB tabeli tibb müəssisələrində “Könüllü TƏBİB” layihəsinin tətbiqinə start verilir.
Proqramın məqsədi layihədə iştirak edən könüllülərin:
· Vətəndaşlara "Online Növbə" sistemindən istifadə qaydalarını izah etməsi
· Vətəndaşlara xidmət sahəsində təcrübə qazanması
· Vətəndaşlarla effektiv ünsiyyət və davranış vərdişlərinin yaranması
· Korporativ iş mühitində praktiki bilik və bacarıqlarının artırılması
· Fərdi və peşəkar inkişafına, həmçinin karyera istiqamətlərinin formalaşmasına dəstək göstərilməsi
Könüllülərin vəzifələri:
· Təhkim olunduğu şöbənin fəaliyyətinə əsasən vətəndaşlara dəstək göstərmək
· Vətəndaş məmnunluğunun qiymətləndirilməsi məqsədilə sorğular həyata keçirmək
· Tibb müəssisələrində qeydiyyat bölməsində yaranan növbələri tənzimləmək
· Qeydiyyatdan keçən vətəndaşların aidiyyəti şöbələr üzrə yönləndirilməsini təmin etmək
Namizədlərə dair tələblər:
· 16–29 yaş arası şəxslər
· Ünsiyyət və komanda ilə işləmə bacarıqlarına malik olmaq
· Məsuliyyətli və intizamlı olmaq
Proqram çərçivəsində:
· Könüllülər fəaliyyətə başlamazdan əvvəl müvafiq təlimlərə cəlb olunacaqlar
· Fəaliyyət müddətində koordinator və tibb müəssisəsi tərəfindən təyin olunmuş məsul şəxs tərəfindən fəaliyyətləri əlaqələndiriləcəkdir
Proqramın müddəti: 2 (iki) ay
Proqramın sonunda:
Könüllülərə sertifikat və tövsiyə məktubları təqdim olunacaqdır
Son müraciət tarixi: 15.05.2026