Təchizat üzrə kiçik mütəxəssis / mütəxəssis vakansiyası

 

ÜMUMİ VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Sifarişlərə əsasən təchizatçılardan təhvil alınan malların Daxili anbara yönləndirilməsi;

• Struktur rəhbəri tərəfindən daxil olan satınalma tələblərinin qəbul edilməsi və ilkin yoxlanılması;

• Təsdiq edilmiş satınalma proseduruna uyğun olaraq bazar araşdırmasının aparılması;

• Təchizatçılardan kommersiya təkliflərinin toplanması və müqayisəli təhlilinin hazırlanması;

• Alternativ təchizatçı bazasının formalaşdırılması və yenilənməsi;

• Təchizatçılarla ilkin danışıqların aparılması;

• Müqavilə layihələrinin hazırlanması və aidiyyəti strukturlarla razılaşdırılması;

• Sifarişlərin mövcud ERP sistemi üzərindən rəsmiləşdirilməsi;

• Çatdırılma prosesinə nəzarət və gecikmələrin operativ həlli;

• Qəbul-təhvil sənədlərinin yoxlanılması və maliyyə sənədlərinin düzgünlüyünün təmin edilməsi;

• Satınalma prosesləri üzrə hesabatların hazırlanması.

 

NAMİZƏDƏ QARŞI TƏLƏBLƏR:

• Ali təhsil;

• IT və Marketinq yönümlü sifarişlərin təminində minimum 1 ilədək iş təcrübəsi;

• Dil bilikləri: Mükəmməl səviyydə Azərbaycan dili, rus dili biliyi üstünlükdür;

• Komputer bilikləri: MS Office, Outlook, 1C proqramlarını mükəmməl bilməli

 

PEŞƏKARLIQ BACARIQLARI:

• Dəqiq və diqqətli,

• Ciddi və məsuliyyətli,

• Təhlil qabiliyyəti,

• Problem həll etmə bacarığı,

• Verilən tapşırıqları zamanında təhvil vermə,

• Öyrənmək, öyrətmək bacarıqları olmalıdır.

Son tarix: 24 Mart, 2026

Qeyd edilən tələblərə uyğun namizədlər karyera portalımıza keçid edərək və ya CV formalarını "Təchizat üzrə kiçik mütəxəssis / mütəxəssis" başlığı ilə [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.