Təchizat üzrə Mütəxəssis axtarırıq!

Peşəkar karyerasını təchizat zəncirinin idarə edilməsi sahəsində inkişaf etdirmək istəyən dinamik namizədləri Veysəloğlu Şirkətlər Qrupuna dəvət edirik! 

 

Tələblər:

-       Ali təhsil (İqtisadiyyat, Maliyyə və ya Menecment sahəsi üstünlükdür);

-      Satınalma və ya təchizat zəncirinin idarə edilməsi sahəsində 1-2 il iş təcrübəsi;

-       Bazar araşdırması aparmaq və qiymət dalğalanmalarını təhlil etmək bacarığı;

-       Tədarükçülərlə effektiv ünsiyyət və güclü danışıqlar aparma qabiliyyəti;

-       MS Office (xüsusilə Excel) proqramlarında peşəkar işləmək bacarığı;

-       Analitik düşünmə, diqqətlilik və nəticəyönümlülük

 Dil bilikləri -İngilis dili biliyi üstünlükdür

 

Vəzifə öhdəlikləri:

-       Daxil olan satınalma tələblərindəki məlumatların dolğunluğunu yoxlamaq, qeyri-müəyyənlikləri aradan qaldırmaq və daxili sifarişçilərlə koordinasiya qurmaq;

-       Tender iştirakçılarının peşəkar uyğunluğunu yoxlamaq, Əsas Şərtlər Toplusunu hazırlayaraq tender elan etmək və təklif zərflərini toplamaq;

-       Tender komissiyasının iştirakı ilə zərflərin açılışını və iclaslarını təşkil etmək, müvafiq protokolları hazırlamaq;

-       Öncədən təyin edilmiş meyarlar əsasında təkliflərin müqayisə cədvəlini hazırlamaq, uyğun təklifi komissiyaya tövsiyə etmək və təsdiqini almaq;

-      Potensial tədarükçüləri araşdırmaq, onlarla danışıqlar aparmaq, endirim sorğuları göndərmək və qalib namizədlərin istehsalat/anbar sahələrinə ziyarətlər etmək;

-       Təsdiq edilmiş təklif üzrə satınalma sifarişini (PO) formalaşdırmaq, imzalatmaq və malların təyin olunmuş ünvana vaxtında çatdırılmasını təqib etmək;

-       Anbara çatdırılan sifarişlərdə uyğunsuzluq olarsa, tədarükçü ilə problemi həll etmək və təchiz olunan malların keyfiyyət analizini aparmaq;

-      Satınalma sifarişi, çatdırılma və hesablaşma sənədlərinin doğruluğunu yoxlamaq, müqavilələrin hazırlanmasını koordinasiya etmək və rəhbərliyə mütəmadi hesabatlar vermək;

-     Sifariş yekunlaşdıqdan sonra tədarükçünün performansını dəyərləndirmək və gələcək əməkdaşlıq üçün sistemli analizlər aparmaq.

 

İş şərtləri:

-      İş məkanı: Azure Plaza

-      Əməkhaqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə

-      İş rejimi: 5 gün (həftəiçi)

-      Nahar: Təmin edilir

 

Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Təchizat üzrə mütəxəssis” yazmaqla, öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.