VMF KAFE – Təchizat üzrə mütəxəssis (Xanım) axtarılır!

 

VMF KAFE komandasına təchizat və anbar əməliyyatlarının idarə edilməsi üzrə təcrübəli, məsuliyyətli və diqqətli Təchizat üzrə mütəxəssis (xanım) axtarırıq.

 

Namizəd kafenin gündəlik məhsul qalıqlarına nəzarət, alışların təşkili, 1C proqramında anbar əməliyyatlarının aparılması və hesabatların hazırlanması proseslərini həyata keçirəcək.

 

Vəzifə öhdəlikləri:

Kafenin gündəlik tələbatına uyğun məhsul və xammal alışlarının təşkili;

Mövcud təchizatçıların idarə edilməsi və yeni təchizatçıların araşdırılması, cəlb olunması;

Təchizatçılarla qiymət, keyfiyyət və çatdırılma şərtləri üzrə danışıqların aparılması;

Təchizatçılarla müqavilələrin hazırlanması və bağlanması prosesinin təşkili;

Kafenin gündəlik məhsul və anbar qalıqlarına nəzarət edilməsi;

Anbar sayımlarının təşkili və faktiki qalıqların sistem məlumatları ilə üzləşdirilməsi;

Məhsul itkiləri və israfın izlənilməsi, səbəblərinin araşdırılması və azaldılması istiqamətində tədbirlərin görülməsi;

1C proqramında alış, anbar yerdəyişməsi və digər müvafiq əməliyyatların işlənməsi;

Məhsulların düzgün qəbulunun, saxlanılmasının və anbara mədaxilinin təmin edilməsi;

Gündəlik təchizat və qalıq hesabatlarının hazırlanması;

Satış və israf hesabatlarının hazırlanması və təhlili;

Aylıq və 6 aylıq alış planlarının hazırlanması;

Alış proseslərinin optimallaşdırılması və məhsul qalıqlarının effektiv idarə edilməsi;

Təchizat proseslərində şirkət avtomobilindən istifadə edilməsi.

 

Namizədə tələblər:

Təchizat, satınalma və ya anbar idarəçiliyi sahəsində iş təcrübəsi;

Kafe və ya restoran sektorunda təcrübə arzuolunandır;

1C proqramında işləmək bacarığı mütləqdir;

MS Excel proqramında işləmək və hesabat hazırlamaq bacarığı;

Anbar uçotu, məhsul qalıqları və sayım prosesləri üzrə biliklər;

Analitik düşünmə, planlaşdırma və təşkilatçılıq bacarığı;

Məsuliyyətli, diqqətli, operativ və dəqiq olmaq;

Təchizatçılarla effektiv ünsiyyət və danışıqlar aparmaq bacarığı;

Xanım namizədlərə üstünlük verilir.

İş rejimi: 6 günlük;

Əməkhaqqı: Razılaşma yolu ilə;

Müraciət qaydası:

Uyğun namizədlər CV-lərini mövzu hissəsinə "Təchizat üzrə mütəxəssis" [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

 

Müraciət zamanı e-mailin mətnində əməkhaqqı gözləntinizi qeyd etməyiniz xahiş olunur.

 Əlaqə: 050 257 80 36

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.