Təcrübə Proqramı – Memarlıq və Mühəndislik Sahələri
“HYDROTRANS ENGİNEERİNG Mühəndislik Mərkəzi” MMC
Şirkətimiz memarlıq və mühəndislik istiqamətləri üzrə qısa müddətli təcrübə proqramına qəbul elan edir. Proqram həm magistr tələbələri, həm də yeni məzunlar üçün nəzərdə tutulub və real layihələrdə praktiki təcrübə qazanmaq imkanı yaradır. Təcrübə müddətində göstəriciləri yüksək olan namizədlərlə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.
Təcrübə proqramı üzrə istiqamətlər:
• Mühəndis-konstruktor
• Hidroteknik mühəndis
Tələblər:
• Aidiyyəti ixtisas üzrə magistr tələbəsi və ya yeni məzun
• AutoCAD üzrə işləmə bacarığı
• Texniki sənədlərlə işləmə və analitik düşünmə bacarığı
• Məsuliyyətli, öyrənməyə açıq və komanda ilə işləməyə uyğun olmaq
Müraciət etmək istəyən namizədlər CV-ni [email protected] elektron ünvanına təqdim edə bilər.