Azersun Holding-in tərkibində fəaliyyət göstərən AL Market MMC hüquq sahəsində biliklərini inkişaf etdirmək və praktiki təcrübə qazanmaq istəyənlər üçün Təcrübəçi Hüquqşünas vakansiyası aktivdir  .

 

Əmək funksiyaları:

Şirkətin fəaliyyətinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğu ilə bağlı hüquqi işlərə dəstək göstərmək;

Müqavilələrin, əlavə sazişlərin və digər hüquqi sənədlərin hazırlanması və yoxlanılmasında iştirak etmək;

Şirkətə daxil olan hüquqi xarakterli müraciətləri araşdırmaq və müvafiq sənədlərin hazırlanmasına kömək etmək;

İddia, şikayət və digər hüquqi sənədlərin hazırlanması prosesində iştirak etmək;

Əmək münasibətləri, əmək müqavilələri və digər kadr məsələləri üzrə hüquqi sənədlərlə işləmək;

Dövlət qurumlarından daxil olan məktub və sorğuların araşdırılmasına dəstək olmaq;

Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və müvafiq məlumatları toplamaq;

Müqavilə və digər hüquqi sənədlərin qeydiyyatı, sistemləşdirilməsi və arxivləşdirilməsində iştirak etmək;

Hüquq şöbəsinin gündəlik fəaliyyətinə dəstək göstərmək.

 

Tələblər:

Hüquq ixtisası üzrə yeni məzun olmaq;

Azərbaycan Respublikasının qanunvericiliyi haqqında ilkin biliklərə malik olmaq;

Hüquqi sənədlərlə işləməyə maraq göstərmək;

Araşdırma və analitik düşünmə bacarığı;

Diqqətlilik, məsuliyyətlilik və öyrənməyə həvəs;

Komanda ilə işləmək və yazılı ünsiyyət bacarığı.

İş yeri: Bakı şəhəri.

Müraciət qaydası:

CV-nizi [email protected] elektron poçt ünvanına göndərin. Mövzu hissəsində “Təcrübəçi Hüquqşünas – AL Market” qeyd etməyiniz xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.