Təcrübəçi Kredit Mütəxəssisi vakansiyası
“Qarant” Kredit Şirkəti olaraq Qazax, Qovlar, Tovuz və Gəncə şəhərlərində yerləşən filiallarımız üçün əməkhaqqılı təcrübə proqramı elan edirik!
Namizədlərə dair tələblər:
* 18–30 yaş aralığında olmaq;
* Ali və ya orta ixtisas təhsili üzrə sonuncu kurs tələbəsi olmaq və ya müvafiq təhsili bitirmiş olmaq;
* Karyerasını maliyyə sektorunda qurmaq istəyi;
* Öyrənməyə və inkişafa açıq olmaq;
* Hədəflərlə işləmək bacarığı;
* Yüksək ünsiyyət və komanda ilə işləmək bacarığı.
Təcrübə proqramı haqqında
Proqramı uğurla başa vuran namizədlər şirkətimizdə tam ştatlı işlə təmin olunacaqlar
Müraciət qaydası
Maraqlanan namizədlər şəkilli CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd: Müraciət zamanı elektron məktubun mövzu hissəsində müraciət etdiyiniz vakansiyanın adını və müvafiq rayon və ya şəhəri qeyd etməyiniz xahiş olunur.
Karyeranıza ilk addımı bizimlə atın!