"Təcrübəçi Laborant" vakansiyası

 

Vəzifə öhdəlikləri:

        İstehsal olunan məhsulun fiziki - kimyəvi analizləri və orqonoleptik göstəricilərinə nəzarət etmək;

        Xammalın, yarımfabrikatların və hazır məmulatların keyfiyyətinə, onların standartlara və keyfiyyət sertifikatlarına uyğunluğuna nəzarəti təmin etmək;

        Texnoloji prosesin düzgün aparmaq, resepturlara riayət etmək, hazır məhsulun və yarımfabrikatların keyfiyyətinə nəzarət etmək;

        Sınaq avadanlıqlarının və ölçmə vasitələrinin vəziyyətinə, vaxtında yoxlanmasına və attestasiyadan keçirilməsinə, onların xidmət və təmirinə nəzarəti təmin etmək;

        Sınaqların nəticələrini, düzgünlüyünü, obyektivliyini və tələb olunan dəqiqliyini təmin etmək;

        Laboratoriyada olan sınaq avadanlıqlarından, cihazlarından və ölçmə texnikasından təlimata uyğun istifadə etmək;

        Xammalın, yarım fabrikatların, hazır məhsulun sınaqları və keyfiyyəti haqqında rəhbərliyə məlumat vermək;

        Xammallardan, köməkçi materiallardan və hazır məhsullardan normativ sənədlərin tələblərinə uyğun olaraq nümunə götürmək;

        Laboratoriya otaqlarını sanitariya qayda və normalarına, əməyin təhlükəsizliyi tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına uyğun vəziyyətdə saxlamaq.

 

Tələblər:

        Ali təhsil (Kimya, Qida Mühəndisliyi, Kimya Mühəndisliyi);

        Dil bilikləri: Azərbaycan dili sərbəst;

        İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;

        Ümumi və analitik kimyanın əsaslarını bilmək.

 

İş şəraiti:

        İş yeri: Xırdalan şəhəri;

        İş qrafiki: Növbəli iş qrafiki

        Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur.

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Təcrübəçi Laborant” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.