“A+CO” ASC şirkəti “Təcrübəçi Laborant ” vəzifəsi üzrə işçi axtarışı elan edir. Tələblər: ·Kimya, Biologiya sahəsində ali təhsil;. ·MS Office (MS Excel) proqram bilikləri; ·Rus dili biliyi əlavə üstünlükdür; ·Məsuliyyətlilik və detallara qarşı diqqətlilik; Vəzifə öhdəlikləri: ·- Laboratoriya avadanlıqlarını tanıyıb, onlarla işləməyi bacarması - Hər gün istehsal olunan məhsulların qeydiyyatının aparılması - Resept əsasında yeni məhsul hazırlamağı bacarması - İstehsal olunan məhsulların qida təhlükəsizliyi üzrə laborator-mikrobioloji analizlərinin aparılması - Məhsulların keyfiyyət dərəcələrinin izlənilməsi - Cihaz göstəricilərinin qeydə alınması - Analiz üsullarını öyrəndikdən sonra laboratoriya mütəxəssisinin tapşırığı və nəzarəti altında gündəlik istehsal olunan məhsulların keyfiyyət analizlərini müəyyən
edilmiş prosedurlara əsasən vaxtında və keyfiyyətlə yerinə yetirməsi - Analizlərin aparılması zamanı aparılan müşahidə və nəticələri səliqəli formada qeydiyyata alınması - Laboratoriyada aparılan bütün analizlərin (orqanoleptiki, fiziki-kimyəvi və mikrobioloji), həmçinin cihaz kalibrasiya və tənzimləmələrinin qeydiyyatının aparılması. İş şəraiti: •İş yeri: Xırdalan şəhəri •5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ; •Nahar Şirkət tərəfindən təmin olunur ; •20 Yanvar metrosundan servis xidməti ilə təmin olunur; • Təcrübə müddəti ödənişlidir. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Təcrübəçi Laborant”yazaraq[email protected]ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.