Komandamıza “Təcrübəçi Mühasib” axtarışındayıq.
İş qrafiki: həftəiçi 5 gün 11:00-dan 17:00-dək
Təcrübə müddəti: 2 ay
Təqaüd: 300 azn/aylıq
Ünvan: AGA Business Center (Xətai Metrosu)
E-mail: [email protected]
Şərtlər və Məqsəd: 2 ay müddətinə yuxarıda qeyd olunan iş qrafikinə uyğun namizəd təqaüdlü əsaslarla təcrübə proqramına cəlb olunur. Təcrübəçinin bacarığından asılı olaraq təcrübə müddəti 1 aya yekunlaşa bilər. Müddətin sonunda uğurlu namizəd işə qəbul olunur.
Tələblər:
Mühasibat və audit üzrə təhsil arzuolunandır;
Vergi məcəlləsi, Əmək qanunvericiliyi üzrə nəzəri biliklər;
Müxabirləşmə əməliyyatları üzrə biliklər;
Excel proqramında işləmək bacarığı;
Araşdırma bacarığı, öyrənməyə və inkişafa yüksək həvəs;
Təcrübəçi aşağıdakı işlərdə iştirak edəcək:
İlkin uçot sənədlərinin hazırlanması;
Bank əməliyyatları və E-qaimə tərtib edilməsi;
1C proqramında gündəlik əməliyyatların işlənməsi;
Vergi və Statistika hesabatlarının hazırlanması.
Şirkət haqqında:
"VSK Consultancy" MMC maliyyə və vergi mühasibatlığı, vergi auditi, insan resursları, konsaltinq və autsorsinq xidmətləri göstərilməsi məqsədilə 2016-cı ildə təsis edilmişdir. Şirkət özəl sektorda fəaliyyət göstərən ciddi Müəssisələrlə partnoyluq edir.
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Təcrübəçi Mühasib” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.