“AZCON” Holdinq tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC rəqəmsal transformasiyanın bir parçası olmaq istəyən gənclər üçün “TəcrübəliSən 2026” Yay Təcrübə Proqramını elan edir! 

 

Bu proqram biliklərinizi real layihələrdə sınamaq, texnologiya mühitini yaxından tanımaq və karyeranıza güclü start vermək üçün fürsət yaradır.

 

Proqram çərçivəsində nələr əldə edəcəksiniz?

• Real layihələr üzərində praktiki iş 

• Peşəkar mentor dəstəyi və komanda ilə əməkdaşlıq

• Təlim sessiyaları və masterclasslar

• Texnologiya sahəsində əmək bazarının perspektivli kadrlarından birinə çevrilmək imkanı

• Korporativ iş mühitini yaxından tanımaq və bacarıqlarını inkişaf etdirmək

• İşə qəbul imkanları

• Sertifikat və fərqlənən təcrübəçilərə tövsiyə məktubu

 

Kimlər müraciət edə bilər?

Sonuncu kurs bakalavr tələbələri, magistr tələbələri və yeni məzunlar.

 

Seçim mərhələləri:

• Müraciətlərin qəbulu

• Bilik yoxlaması (fəaliyyət istiqamətindən asılı olaraq)

• Panel müsahibə

• Nəticələrin elan olunması

 

Üstünlüklər:

• Nahar şirkət tərəfindən qarşılanır

• Aylıq təcrübə ödənişi təmin edilir

 

Təcrübə müddəti: 2-3 ay

Son müraciət tarixi: 17.05.2026

 

Karyerana uyğun istiqaməti seç və müraciətini link vasitəsilə (müvafiq vəzifə başlığını qeyd edərək) tamamla! 

 

Müraciət linki: LİNK

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.